!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilərin atəşkəsi pozmasının SƏBƏBLƏRİ: "Minsk qrupunun dövriyyəyə girməsini istəyirlər" - ŞƏRH

!Reklam – Yazi

“İki gün əvvəl ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi prespektiv hadisə yerinə gəlmişdi. Bu bir tamaşa idi. Ermənilər prespektivdə belə bir təxribatı sğortalamaq xətti seçmişdilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində atəşkəsi pozması və bu yöndə baş verən prosesləri şərh edən təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl deyib.

İlham İsmayıl bildirib ki, Ermənistan tərəfi növbəti təxribatları Azərbaycanın üzərinə yıxmaq üçün alibilər yığır:

“Ermənilərin atəşkəsi pozmasına ikinci səbəb isə dünən imzalanan Bakı Bəyannaməsidir. Hələ iki gün əvvəldən Bakı bəyannaməsi ilə bağlı Ermənistan mətbuatı həyəcan təbili çalırdı. Ermənilər hətta bunu fəlakət adlandırırdı. Ermənilər Pakistana və Türkiyəyə sanksiya da tələb edirdilər. Bakı bəyannaməsi imzalanandan sonra ermənilər növbəti təxribatı edib, ATƏT-in Minsk qrupunu yenidən dövriyyəyə soxmaqla məsələni gərginləşdirmək xəttini seçiblər. Təxminən 2 aydan çoxdur bu yolu tutublar.

Niyə Minsk qrupunun dövriyyəyə girməsini istəyirlər?

Onların əsas məqsədləri Qarabağa status almaqdır. Bölgədə silahlı qarşdurmanı artırırlar ki, iki dövlətin öz arasında məsələni həll edə bilmədiyini, hətta Rusiya sülməramlı qüvvələrinin aciz olduğunu göstərsinlər.

İlham İsmayıl qeyd edib ki, bu hadisələr davam edəcək:

“Rusiyanın müdafiə naziri Sergey Şoyqunun çağırışı ilə atəşkəsin əldə edilməsi müvəqqətidir. Qarabağın yerdə qalan hissəsi nə qədər ki, de-fakto Azərbaycanın nəzarətinə keçməyib, statusun əldə edilməsi ilə bağlı istər dövlət sərhəddində, istər təmas xəttində təxribatlar olacaq.

Xankəndinə nəzarət həll edilməlidir.

Çağırışlar olur ki, anti-terror əməliyyatları keçirilsin. Qarabağın daxilində anti-terror əməliyyatları keçirilə bilər, dövlət sərhəddində isə anti-terror yox, sərhəd pozulmasına cavab ola bilər. Azərbaycan diplomatik xətti gücləndirib, 10 noyabr bəyənatından irəli gələn müddəaları həll edərək, məsələni bitirmək lazıdır. Əks təqdirdə bu məsələ uzanacaq”.

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv