Ermənilərin azərbaycanlı dedikləri rusun FOTOsu

Üsyankar ermənilərin azərbaycanlı zənn etdikləri hərbçinin Rusiya Federasiyası vətəndaşı və RF-nın ştatlı fotomüxbiri olduğu üzə çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ağdam-Əsgəran istiqamətində azərbaycanlı ilə səhv salınaraq ermənilər tərəfindən fiziki təzyiqə məruz qalan hərbçi Rusiya sülhməramlılarının fotomüxbiri olub. /Musavat/