!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ermənilərin “Eurovision”da növbəti təxribatı – VİDEO

!Reklam – Yazi

teyyare_avroErmənilər “Eurovision 2106” müsabiqəsi zamanı daha bir təxribata əl atıblar.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu gün İsveçin paytaxtı Stokholm şəhərində müsabiqənin finalının keçirildiyi “Qloben-Arena”nın üzərindən qondarma “DQR” və Ermənistanın yarışdakı təmsilçisi İveta Mukuçyanı dəstəkləyən plakat açmış təyyarə uçub.

Ermənistan təmsilçiləri bununla “Eurovision 2106” müsabiqəsi zamanı ikinci dəfə təxribat törədiblər.

Qeyd edək ki, ermənilər “Eurovision” yarışmasının yarımfinalında qadağan edilmiş “DQR” bayrağını nümayiş etdirməklə təxribat törətmişdilər.

Buna görə Avropa Yayım Birliyi erməni iştirakçıya xəbərdarlıq etmişdi. Bildirilmişdi ki, belə hal bir daha təkrarlanarsa, Ermənistan müsabiqədən kənarlaşdırılacaq.

www.yenicag.az

820
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv