Ermənilərin guya Gəncədə hərbi obyektləri vurması barədə yaydığı xəbər yalandır – RƏSMİ

“Erməni tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbər təxribat xarakteri daşıyır və yalandır”.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, düşmən tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib.