Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ermənilərin havadarları da çox gözəl bilirlər ki...” – Hüseyin Altınalan

“Xocalıda bir gecədə 613 azərbaycanlı qardaşımızı məhv edən ermənilərin havadarları də çox gözəl bilirlər ki, Türkiyə keçmişində ləkə olmayan bir ölkədir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında qondarma “erməni soyqırımı” iddialarına münasibət bildirən Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan söyləyib.

Hüseyin Alttınalan qeyd edib ki, ermənilərin bu məsələ ilə bağlı Türkiyənin “arxivləri açaq” çağırışına mənfi münasibət bildirmələri həqiqətin ortaya çıxmasından qorxmalarından qaynaqlanır:

“Hər il 24 apreldə soyqırım lobbisi və Türkiyə əleyhdarı siyasi dairələr tarixi həqiqətləri təhrif edərək ölkəmizə qarşı qondarma “soyqırım” iddiasını dilə gətirməkdə, I Dünya Müharibəsinin ağır şərtlərində erməni dəstələrinin fəaliyyətlərinə görə alınan məcburi köç qərarını soyqırım olaraq xarakterizə etməkdədirlər.

Tarixləri qara ləkələrlə dolu olan və Xocalıda bir gecədə 613 azərbaycanlı qardaşımızı məhv edən ermənilərin havadarları də bilir ki, Türkiyə keçmişində ləkə olmayan bir ölkədir.

Bu iddialar tamamilə siyasi xarakter daşıyır. Məqsədləri həqiqətə nail olmaq deyil. Türkiyənin bu məsələdə ən kiçik bir narahatlığı belə olmadığı üçün bütün arxivlərini açıb. Ancaq ermənilər arxivlərini açmırlar. Ermənilər həqiqətlərin ortaya çıxmasından qorxduqları üçün arxivlərini açmırlar. Həqiqətlər ortaya çıxdığı təqdirdə, yalanları ilə beynəlxalq ictimaiyyəti aldada bilməyəcəklər.

Qorxurlar, çünki arxivlərdə iddia etdiklərinin əksinə, hadisələrin necə meydana gəldiyini, məcburi köçə nə üçün məruz qaldıqlarını, belə bir vəziyyətdə hər bir ölkənin məcburi köç qərarı alacağı həqiqətinin ortaya çıxmasını istəmirlər.”

Hüseyin Altınalan taixi faktlara istinadən, ruslar tərəfindən həmin dövrdə ermənilərə Osmanlı ərazilərində təxribat törətmək əmri verildiyini və ermənilərin də bu əmri icra etdiyini vurğulayıb:

“Onlar da bilir ki, tarixi faktlara görə, 1914-cü ildə erməni komitələrinin Türkiyədəki şöbələrinə rus ordusu sərhəd boyunca irəliləməyə başladığında üsyan çıxarmaq, türk ordusunu iki od arasında qoymaq, dövlət binalarını bombalamaq və ərzaq anbarlarına təxribatlar təşkil etmək təlimatı verilmişdir.

Həmçinin türk ordusu hücuma keçdiyində erməni əsgərlərinə birliklərindən qaçaraq rus ordusuna qoşulmaq, türk birliklərinin arxa cəbhələrinə zərər vermək və ölkə içində müxtəlif iğtişaşlar törətmək üçün dəstələr qurmaq təlimatı verilmişdir.

Müharibə başlayan kimi şərq cəbhəsində hadisələr qeyd edildiyi kimi baş vermiş, səfərbərliyin elan edildiyi 1914-cü ilin avqust ayının 3-dən etibarən ermənilər ordudan qaçmağa başlamış, türk əsgərlərinə qarşı silahlı hücumlar təşkil etmiş və Rusiyaya köç edərək dəstələrə qoşulmuşlar. 1914-cü ilin noyabr ayının 1-də rus ordusunun şərq vilayətlərimizə etdiyi hücumdan sonra bir çox şəhərdə üsyanlar başlamışdır.

Osmanlı hökuməti xüsusilə də Van üsyanı başlayanadək bəzi kiçik tədbirlər almaqla erməni dəstələrinin fəaliyyətinin qarşısını almağa çalışmışdır. Osmanlı hökumətinin xoş niyyətlə və kiçik tədbirlərlə məsələni həll etməyə cəhd etməsinin bir faydası olmamış, üsyanın və ermənilərin qəsəbə və kəndlərdə uşaq, qadın, yaşlı demədən mülki əhalini öldürməsinin qarşısını ala bilməməsi nəticəsində köç qərarı qəbul edilmişdir”.

Mətbuat müşaviri ermənilərin üsyanlarına, törətdikləri terror aktlarına qarşı Osmanlı hökumətinin sakit münasibətini qoruduğunu ve belə bir vəziyyətdə dövlətin qanuni müdafiə hüququndan istifadə edərək köç siyasətini həyata keçirdiyini, eləcə də qəbul edilmiş qərarın düzgün olduğunu qeyd edib:

“Belə bir vəziyyətdə bir dövlət bu tədbirlərlə qanuni müdafiə və suveren hüququndan istifadə etmişdir. Bunların ortaya çıxmasını istəmirlər. Ermənilərə tətbiq olunan məcburi köç siyasətinin bütün aspektlərdən haqlı bir qərar olduğunun görülməsini istəmirlər.

Köç qərarı düzgün verilmiş bir qərardır. Bu gün olsa yenə eyni qərar verilər və tətbiq olunar. Erməni dəstələri bir çox bölgədə üsyan qaldırmış, terror hadisələri, qırğınlar törətmiş, Osmanlı hökuməti isə sakit münasibətini qorumuşdur.

Bu da bir gerçəkdir ki, ermənilərin yerlərini dəyişdirmək onları məhv etmək deyil, dövlətin təhlükəsizliyini qorumaq məqsədi daşımışdır.

Məqsədi insan hüquqları və ya həqiqət olan hər bir ölkə keçmişi qurdalayıb yalanlarla bir şey əldə etməyi bir kənara qoyub günümüzdə belə Azərbaycan torpaqlarının 20 faizini işğal altında tutan ermənilərdən həm bu işğalın, həm də Xocalıda həyata keçirdikləri vəhşiliklərlə dolu soyqırımın hesabını soruşmalıdır. Bunları gündəmə gətirməlidir”.

www.yenicag.az

334
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100