Ermənilərin informasiya terroru – “Casus jurnalistlər” hazırlanacaq?

Fevralın 21-dən İrəvanda jurnalistlər üçün Azərbaycandakı hadisələrin işıqlandırılması üzrə seminarlar başlayacaq. Erməni mənbələrindən belə anlaşılır ki, hansısa fond Azərbaycanla bağlı “casus jurnalistlər” yetişdirəcək. Bu, ermənilərin Azərbaycana qarşı informasiya müharibəsində məğlubiyyətin göstəricisidir, yoxsa aprel döyüşlərindən sonra yenidən təşkilatlanmaqdır?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib ki, Ermənistan daim Azərbaycan torpaqlarında təxribat xarakterli əməliyyatlar həyata keçirtməyə cəhd ediblər:

Ramil Məmmədli ile ilgili görsel sonucu“1990-cı illərin əvvəllərində bəzi hallarda buna nail də ola biliblər. Hesab edirəm ki, bu ermənilərin dezinformasiyasıdır və Azərbaycan cəmiyyətində media nümayəndələrinə qarşı inamsızlıq yaradılması məqsədini güdür. Çünki Ermənistan hətta bu cür şəbəkənin yaradılmasını istəsəydi belə, bunu ictimaiyyətə açıqlamazdı. Fikrimcə, bu informasiya Azərbaycan cəmiyyətində narahatlıq yaratmaq üçün yayılıb.

Daha dəqiq desək, erməni təbliğat maşını bizi özümüzdən şübhələndirməyə çalışır. Təbii ki, ötən ilin aprelində baş verən hadisələrdən sonra ermənilər Azərbaycana qarşı müxtəlif vasitələrdən istifadə edir.

Bu, yanlış informasiya da ondan qaynaqlanır”.

BƏXTİYAR
Yeniçağ.az