!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilərin Laçın BARBARLIĞI: “Öz vəhşiliklərinə hər gün yeni sübutlar yaradırlar” – REAKSİYA

!Reklam – Yazi

“Laçın rayonunun yaşayış məntəqələrini tərk edən ermənilərin törətdikləri yanğınlara görə məsuliyyət müəyyən olunmalıdır”.

Bu fikirləri Laçın rayonunu bir sıra kəndlərini tərk etməli olan ermənilərin oradakı evləri yandırmalarına münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Onun fikrincə, ermənilərin bu hərəkəti onların dəyişməz naqis xislətlərinin təzahürüdür:

“Açıq desək, elə bir toplumdan danışırıq ki, mövcudluqları ərzində oğurluqdan, talançılıqdan, özgələrinə məxsus olan maddi-mənəvi sərvətlərə sahiblənməkdən başqa bir keyfiyyətlə tanınmayıblar.

O baxımdan, ermənilərin tərk edəcəkləri kəndlərdə evlərə od vurmaları, bu naqisliklərini sosial şəbəklərdə paylaşmaları qətiyyən təəccüblü deyil. Laçın rayonu işğal olunduqdan sonra qanunsuz məskunlaşdıqları ərazilərdə bu cür barbarlığa əl atmaları əsl erməni xislətinin göstəricisidir.

Xatırlayırsınızsa, onlar Kəlbəcərdən çıxarkən hətta evlərdəki unitazları da özləri ilə götürməkdən utanmırdılar. İndi isə məğlubiyyətin “qisas”ını evlərdən almağa çalışırlar. Yəni onlar öz vəhşiliklərinə hər gün yeni sübutlar yaradırlar.

Soydaşlarımız 1992-ci ildə Laçını tərk etmək məcburiyyətində qalanda orada heç nəyi sındırmadılar, yandırmadılar, məhv etmədilər. Çünki bir gün öz dədə-baba torpaqlarına geri qayıdacaqlarına əmin idilər. Amma ərazidə qanunsuz məskunlaşan ermənilər bir daha oralara qayıtmayacaqlarını bildikləri üçün bu vəhşiliyə əl atırlar.

Mənə belə gəlir ki, Laçın rayonunun yaşayış məntəqələrini tərk edən ermənilərin törətdikləri yanğınlara görə məsuliyyət müəyyən olunmalı və onlar bu əməllərinə görə qanun qarşısında cavab verməlidirlər”.

A.Zeynalov

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv