Ermənilərin müharibə RİTORİKASI: “Bu dəfə onlar dövlətlərini itirəcəklər”

“Əgər ermənilər üçüncü müharibə arzusu ilə yaşayırlarsa, bu dəfə onlar dövlətlərini itirəcəklər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında sülh ritorikasını müharibə ritorikası ilə əvəzlənməsi və Ermənistan mediasında üçüncü müharibənin müzakirə edilməsini şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, tərəfləri müharibəyə sövq edən qüvvələr var.

“Ermənistanı yenidən gücləndirməyə başlayıblar. Erməniləri həm Dağlıq Qarabağ problemini yenidən alovlandırmaq, həm də Azərbaycanı qorxutmaq məqsədi ilə silahlandırırlar. Bu da bölgəni militaristləşdirir. Ermənilər silahların çoxunu pulsuz, yaxud dəyərindən ucuz qiymətə alırlar. Bu da Ermənistanı ağır vəziyyətə salmır”, – deyə o qeyd edib.

Plitoloq vurğulayıb ki, Azərbaycan Ordusu say və hərbi-texniki avadanlıqları etibarı ilə Ermənistanı üstələyir:
“Ancaq Azərbaycan tərəfi istəmir ki, yenidən müharibə olsun. Əgər ermənilər üçüncü müharibə arzusu ilə yaşayırlarsa, bu dəfə onlar dövlətlərini itirəcəklər. Bu dəfə müharibə olsa, daha amansız olacaq”.

Səxavət Məmməd