Ermənilərin qaçırdığı BÖYÜK ŞANS: “Öz xoşbəxt gələcəklərini qurmaq əvəzinə…”

“Demokratik və hüquqlu dövlət kimi dünyaya hər şeyə qadir olduğumuzu göstərməliyik”.

Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri prosesinin mühüm cəhətlərindən danışan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbayca hazırda heç də asan olmayan seçki prosesi dövrünü yaşayır:

“Namizədlərin hər biri Azərbaycanın milli dövlət maraqlarını layiqincə qoruyur. Bu gün hər birimiz seçici olaraq, fəxr etməliyik. Çünki seçkilər ilk dəfə Azərbaycanın bütün ərazilərində keçirilir.

Azərbaycanda milliyətindən asılı olmayaraq, hər kəs seçkilərdə iştirak edəcək. Çox təəssüf ki, ermənilər bu şansdan yararlanaraq öz xoşbəxt gələcəklərini qurmaq istəmədilər.

Bu gün bizim paxıllığımızı çəkən çox ölkə var. Çünki heç bir ölkə öz müstəqilliyinin ilk 30 ilind bizim qazandığımız uğurları qazanmayıb. Hər zaman dövlətimizin yanında olmalı və onu qorumalıyıq.

Seçkilər Azərbaycanın yeni dövrə qədəm qoyması deməkdir. Demokratik və hüquqlu dövlət kimi dünyaya hər şeyə qadir olduğumuzu göstərməliyik”.

Nəsimi Ələsgərli

COP29