Ermənilərin Qarabağda məhv etdikləri türk abidələri – Ankarada simpozium

Ermənilərin Qarabağda məhv etdikəri türk abidələri Ankarada keçirilən simpoziumda müzakirəyə çıxarılıb.

Yenicag.az-ın Türkiyə müxbirinin verdiyi məlumata görə, Türkiyə Abidələr Dərnəyi paytaxt Ankarada “Türk dünyası coğrafiyasında məhv edilən tarixi və mədəni varlıqlar: Qarabağ Abidələri” adlı beynəlxalq simpozium təşkil edib. Baş nazirliyin təqdimat fondunun dəstəyilə keçirilən simpoziumda Türkiyə, Almaniya və Azərbaycandan elm xadimləri, siyasətçilər, QHT sədrləri çıxış ediblər. Məruzəçilər erməni işğalı altında olan Azərbaycan torpaqlarında – Qarabağ bölgəsində tarixi abidələrin məhv edilməsinin qarşısını almaq üçün beynəlxalq qurumlara müraciət etməyin vacibliyini vurğulayıblar. Həmçinin, simpoziumda tarixi türk abidələrinə qarşı erməni vəhşiliyinin dayandırılması üçün aidiyyatı qurumlara təzyiqlərin artırılması məsələsi də gündəmə gətirilib.

Yenicag.az-a açıqlama verən Türkiyə Abidələr Dərnəyinin sədri Səlcuq Önal dəstəyə görə baş nazirliyin təqdimat fonduna təşəkkür edib və layihənin bundan sonrakı mərhələsinin həyata keçirilməsi üçün əllərindən gələni edəcəklərini bildirib.