Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ermənilərlə “sülh” bəyanatına imza atan azərbaycanlılar kimlərdir?

Stop_War_Wallpaper_by_simcomeau

Avqustun 9-da müxtəlif ölkələrin vətəndaşları olan 43 şəxsin Qarabağ münaqişəsi tərəflərini qarşıdurmanı dərhal dayandırıb əməli sülh danışıqlarına çağıran bəyanatına ilk sərt rəy politoloq Elxan Şahinoğlundan gəlib. YENİCAG.AZ bildirir ki, o, bu çağırışı və onu imza atanları qınayıb; “Hansı “sülhə çağırış”, indiki status-kvonun, yəni işğalın davamına şərait yaradan “sülh”ün bizə nə xeyri var? Bu çağırışa imza atanlar snayperləri təmas xəttindən geri çəkməyə çağırırlar. Niyə biz snayperləri geri çəkməliyik? Əksinə snayperlərimiz işğal altındakı topaqlardakı işğalçıları daima hədəfdə saxlamalıdırlar ki, onlar anlasınlar ki, o torpaqların onlara aidiyyatı yoxdur. Azərbaycan vətəndaşlarının da imzaladığı bu çağırışda təəssüf ki, bir kəlmə də mərhələli həll planının qəbulu və Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyindən bir kəlmə də yoxdur. Bəli, bölgəyə sülh lazımdır, ancaq işğal altındakı torpaqlarımız hesabına yox. Mən mütləq şəkildə müharibəyə çağırış etmirəm, ancaq bu çağırışı imzalayanların “sülh” çağırışını də qəbul etmirəm. Düşmən yalnız güclə hesablaşır”.

 ***

Avqustun 9-da müxtəlif ölkələrin vətəndaşları olan 43 şəxs Qarabağ münaqişəsi tərəflərini qarşıdurmanı dərhal dayandırıb əməli sülh danışıqlarına çağıran bəyanat yayıblar. Aralarında Ermənistana səfər edən azərbaycanlıların da olduğu bu şəxslərin əksəriyyəti ermənipərəst mövqeləri ilə tanınırlar.

Aralarında keçmiş səfirlər, alimlər və jurnalistlər də olan ictimai-siyasi fəalların yaydıqları müraciətin tam mətnini təqdim edirik:

“Biz, aşağıda imza edən Azərbaycan, Ermənistan və başqa ölkələrin vətəndaşları Dağlıq Qarabağ münaqişəsi tərəflərindən təmas xəttində və sərhəd bölgələrində atışmalara, hücumlara son qoymağı tələb edirik.

Tələb edirik ki, tərəflərdən hər hansı biri xoş məram nümayiş etdirərək atəşi birtərəfli qaydada kəsərək digər tərəfi də eyni addımı atmağa çağırsın.

Mahatma Gandhi bir zamanlar demişdi: “Gözə göz qisasının davam etdirilməsi yalnız bütün dünyanın kor qalması ilə nəticələnə bilər”. Qarabağda cəbhə xəttində də snayper atəşinə snayper atəşi, hücuma hücumla cavab vermək yalnız daha çox erməni və azərbaycanlının ölümü, yaralanması, əlil olması ilə nəticələnəcək. Gəncləri qara torpaq altına aparır, onların yaxınlarına faciə yaşadırsa, bir neçə metr torpaq, ya da hansısa “strateji yüksəklik” heç nədir.

1994-cü ilin mayında Qarabağ atəşkəsi razılaşdırılıb, imzalanıb. 1995-ci ilin fevralında tərəflər atəşkəsin möhkəmləndirilməsi və ona nəzarət olunmasına razılaşıblar. Amma bütün bunlar hər il onlarla gəncin öldürülməsinin qarşısının alınmasına yetməyib. Son həftələr həlak olan gənclərin bir çoxu atəşkəs razılaşmasının imzalanmasından sonra dünyaya gələnlərdir. Amma atəşkəs özlüyündə kifayət etmir, indiki status-kvo bütün regionda yüz minlərlə insanın həyatını zəhərə döndərir.

Biz vasitəçilər və münaqişə tərəflərindən tələb edirik ki, bu zorakılığı dayandırmağın yeni hüquqi və əməli çərçivələrini tapsınlar. 2008-ci ildə Helsinkidə ABŞ, Rusiya və Fransanın xarici işlər nazirləri tərəfləri öz snayperlərini təmas xəttindən geri çəkməyə çağırıblar. 2010-cu ildə BMT-nin Baş katibi də bu ideyanı alqışlayıb. Təəssüf ki, onlarla adamın həyatını xilas edə biləcək bu təklif reallaşdırılmayıb.

Yekunda biz həm də vətəndaşları, ictimai liderləri, dövlət və müstəqil media təmsilçilərini çağırırıq ki, münaqişənin müzakirəsində etik və peşəkar prinsipləri rəhbər tutsunlar, zorakılığı qızışdırmasınlar. Münaqişənin sülh yolu ilə həllinə dair səmimi cəhdləri dəstəkləsinlər, öz hökumətlərindən münaqişənin alovlanmasının qarşısını almağı və real sülh danışıqlarına başlamağı tələb etsinlər.

9 avqust 2014-cü il.

Veronika Aghajanyan – Münaqişələrin Həlli Mərkəzi, Yerevan.

Anar K. Əhmədov – Leyden Universiteti, Haaqa.

Rəşad Əliyev – jurnalist, sosial media və münaqişələrin həlli üzrə təlimçi, Bakı.

Zinəddin Babayev – Münaqişələrin Həlli Mərkəzi, Boston.

Bayram Balçı – Karneqi Fondu, Vaşinqton.

Sofie Bedford – araşdırmaçı, Lozanna Universiteti.

Laurence Broers – London Universiteti, araşdırmaçı.

Michael Cecire – alim, Filadelfiya.

Alexander Cooley – professor, Nyu-York.

Dzovinar Derderian – Miçiqan Universiteti, Arbor.

John Evans – ABŞ-ın Ermənistandakı keçmiş səfiri.

Arzu Qeybullayeva – Münaqişələrin Həlli Mərkəzi, İstanbul.

Philip Ghamagelyan – Münaqişələrin Həlli Mərkəzi, Vaşinqton.

Natalya Ghurbanyan – Beynəlxalq İnkişaf Eksperti, Vaşinqton.

Richard Giragosian – Regional Araşdırmalar Mərkəzi,  Yerevan.

Həmidə Qiyasbəyli – Münaqişələrin Həlli Mərkəzi, Bakı.

Sevil Hüseynova – Avropa Etnologiya İnstitutu, Berlin.

Ülvi İsmayıl – İctimai-siyasət eksperti, Vaşinqton.

Irakly Kakabadze – Çoxşaxəli Diplomatiya İnstitutu, Tbilisi.

Maria Karapetyan – ictimai fəal, İtaliya, Arezzo.

Richard D. Kauzlarich – ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Arlinqton.

Arsen Kharatyan – Çoxşaxəli Diplomatiya İnstitutu, Yerevan.

Brady Kiesling – ATƏT-in Minsk Qrupunda ABŞ-dan olan həmsədrin keçmiş müavini, Afina.

Charles King – professor, Vaşinqton.

Marion Kipiani – Norveç Helsinki Komitəsi, Tbilisi.

Michael Lemmon – ABŞ-ın Ermənistandakı keçmiş səfiri.

S. Neil MacFarlane – Professor, Oksford Universiteti.

Simon Maghakyan – Kolorado Universiteti, Denver.

Mikayıl Məmmədov – professor, ABŞ, Feyrfaks.

Karen Ohanjanyan – Qarabağ, Helsinki Təşəbbüsü – 92, Xankəndi.

Yelena Osipova – Amerika Universiteti, Vaşinqton.

Mane Papyan – jurnalist, Vanadzor.

Karl Rahder – Bakı Dövlət Universiteti və Slavyan Universitetinin keçmiş müəllimi, Nepervill.

Ələkbər Raufoğlu – jurnalist, Vaşinqton.

Natalya T. Riegg – Professor, Kanzas.

Dennis Sammut – Oksford Universiteti.

Emil Sanamyan – jurnalist, Vaşinqton.

Emil Süleymanov – Çarlz Universiteti, Praqa.

Ronald Grigor Suny – Professor, Miçiqan Universiteti.

Margarita Tadevosyan – Corc Meyson Universiteti, Arlinqton.

Albert Voskanyan – Vətəndaş Təşəbbüsləri Mərkəzi, Xankəndi.

Thomas de Waal – Karneqi Fondu, Vaşinqton.

Cory Welt – professor, Vaşinqton.

 YENİCAG.AZ bildirir ki, bu bəyanata imza atan azərbaycanlıların əksəriyyəti xaricdə yaşayır. Onlar arasında ən məşhuru ermənilərin “Agos” qəzetində işləyən Arzu Qeybullayevadır. Ərdoğanın azərbaycanlı müşaviri Qeybulla Qeybullanın qızı olan Arzu Qeybullayeva Münaqişələrin Həlli Mərkəzi adından bu bəyanata imza atıb.

Həmidə Qiyasbəyli isə bir müddət öncə Ramin Hacılı ilə birlikdə Ermənistan səfəri ilə gündəmə gəlib.

Ülvi İsmayıl 1994-1998-ci illərdə müxtəlif özəl şirkətlərdə və ABƏŞ (BP)nin neft kəmərlərinin çəkilişi layihələrində tərcüməçi kimi çalışıb. 998-2003-cü illərdə kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında (UNHCR) və Qadınlar üçün İnkişaf Fondunda (UNİFEM) münaqişədən zərər çəkən əhali üçün yardım proqramlarının həyata keçirilməsi və konfliktin sülh yolu ilə aradan qaldırılması layihəsində menecer və administrator kimi çalışmışdır. 2005-ci ildən 2012-ci ilə kimi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyində (USAİD) Demokratiya üzrə layihələrin həyata keçirilməsinə rəhbərlik etmişdir. Müxtəlif sosial və siyasi mövzularında məqalələrin müəllifidir, yerli ictimai təşkilarların rəhbərliyində təmsil olunmuşdur. Hal-hazırda ABŞ-da yaşayır.

Ayrıca Thomas de Waal  və Bayram Balçı Azərbaycanda da tanınan Karnegi Fondunun üzvləridir. Thomas de Waalın Qarabağla bağlı yazıları ilə tanınır.

www.yenicag.az

252