Ermənilərlə yəhudilər arasında TOQQUŞMA: Həbs olunanlar var – VİDEO

Qüdsün “erməni məhəlləsi”ndə “İnək bağı” adlanan ərazidə İsrail polisi erməni radikallarını həbs edib.

Yenicag.az xəbər verir ki, bu barədə İsrailahayer.com məlumat yayıb. Artıq bir neçə müddətdir ki, ermənilər Qüdsün mərkəzində müvəqqəti məskunlaşdıqları ərazini mühasirəyə alıb, oranın qanuni sahibi olan yəhudi şirkətini əraziyə buraxmır. Hətta ermənilər zor tətbiq etməkdən də çəkinmirlər. Bir sözlə, gəmidə oturub gəmiçi ilə dava edirlər.

Bu gün Qüdsün ermənilər yaşayan “İnək bağı” məhəlləsində yəhudi gənclərlə ermənilər arasında toqquşma olub.

Məlumata görə, polis ondan çox erməni radikalı həbs edib.

Xuraman Etibarlı 

 

COP29