Qüdsdə ermənilərlə yəhudilər arasında toqquşma olub.
Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Hadisə yanvarın 23-də axşam saatlarında baş verib.
Qüdsün Erməni Məhəlləsində ərazini icarəyə götürən İsrail şirkətinin rəhbəri Corc Varvarın tərıəfdarları ilə Akob Cernazyanın başçılıq etdiyi erməni icmasının üzvləri arasında dava olub.
“2024-cü il yanvarın 23-də “Xana Capital” şirkətinin üzvləri ilə Qüdsün erməni icmasının üzvləri arasında davadan sonra yəhudilərdən biri Akob Cernazyana yaxınlaşaraq onun üzünə yumruq zərbəsi endirib”, – erməni mediası yazıb.
Xatırladaq ki, Qüdsdəki erməni məhəlləsinin “İnək bağı” adlanan hissəsi yəhudi əsilli adı çəkiləməyən avstraliyalı iş adamına 99 il müddətinə icarəyə verilib.
İsrail şirkəti Qüdsün erməni məhəlləsinin bu hissəsinin boşaldılmasını tələb edib.
Noyabrın 1-də Qüds Erməni Patriarxlığı məhəllənin “İnək bağı” hissəsinin onlara verilməsi ilə bağlı torpaq müqaviləsinin ləğv edildiyini elan edib.
Bundan sonra dəfələrlə ermənilərlə yəhudilər arasında toqquşmalar baş verib.
Xuraman Etibarlı