!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ermənini udan idmançımız qızıl medal qazandı – VİDEO

!Reklam – Yazi

cunayev qizilGüləşçimiz Rəsul Çunayev Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turnirinin qalibi olub.

66 kq çəkidə mübarizə aparan həmyerlimiz yarışa 1/16 final mərhələsindən başlayıb.

İlk görüşdə Xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə məğlub edən pəhləvanımız ardınca Belarusdan Pavel Liax və Polşadan David Kareçinski ilə gərgin keçən qarşılaşmalardan qalib ayrılıb.

Yarımfinalda Fransa təmsilçisi erməni əsilli Artak Marqaryan üzərində 68 saniyə ərzində qələbə qazanan Rəsul Çunayev finala yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu güləşçilərimizin Rio-de Janeyro Olimpiya Oyunlarına qazandığı 14-cü vəsiqədir.

Final görüşündə güləşçimizin rəqibi Qırğızıstandan Asiya çempionu Ruslan Tsarev olub. 6:0 hesablı qələbə qazanan Rəsul Çunayev təsnifat turnirinin qızıl medalına yiyələnib.

www.yenicag.az

620
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv