Ermənipərəst deputat uşaqsız ailələri “mənasız” ADLANDIRDI

Ermənipərəst deputat uşağı olmayan ailələri “mənasız” adlandırıb.

Yenicag.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov uşaqları olmayan evli cütlükləri tənqid edib. O. övladsız ailələri mənasız ailə adlandırıb.

“Bu, mənasız bir ailədir – uşaqsız bir ailədə rezin kuklalarla birlikdə yaşamaq. Əgər hər şey qaydasındadırsa, niyə onların uşaqları yoxdur?

Onlar özləri üçün yaşamırlar, tamamilə fərqli dəyərlər üçün yaşayırlar. Şeytana qulluq edirlər, çünki xoşbəxt deyillər. Belə insanlarla psixoloqlar, din xadimləri işləməlidir”, – Milonov deyib.

O, uşaqsız ailələrdə narkoman və ya alkoqolik ərlərin ola biləcəyini bildirib.

Xuraman Etibarlı