Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ermənipərəst konqresmen Dağlıq Qarabağda: “Konqres bu cinayətkar fəaliyyəti araşdırmalıdır”

Reklam: Sinerji Pro

“Konqresmenin səfəri Azərbaycanın işğal edilmiş ərazilərinin hansısa müstəvidə tanınması və təbliğ olunması məqsədi daşıyır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında iki ABŞ Konqresinin ermənipərəs üzvü Frenk Pallonenin Dağlıq Qarabağa qanunsuz səfərini və buna veriləcək mümkün reaksiyanı dəyərlənidrən politoloq Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəylinin sözlərinə görə, bu səfərlərin mahiyyəti Azərbaycan ərazilərinin işğalını “qanuniləşdirmək”dir:

“Bildiyimiz kimi, bu səfərlər mütəmadi olaraq həyata keçirilir, sonra isə həmin şəxslərin adı “qara siyahı”ya salınır, diplomatik kanallarla buna etiraz bildirilir.

Amma bu, Ermənistan tərəfindən məqsədyönlü şəkildə stimullaşdırılan prosesdir və Azərbaycanın işğal edilmiş ərazilərinin hansısa müstəvidə tanınması, təbliğ olunması məqsədi daşıyır.

Digər aspekt isə Dağlıq Qarabağda girov saxlanılan ermənilərə mesajdır ki, nə zamansa, guya separatçı rejimi “müstəqil” subyekt kimi tanınma ehtimalı var. Yəni səfərlər bu xarakter daşıyır.

Şübhəsiz ki, əslində, bu prosesdə çox ciddi korrupsiya elementləri var. Hər halda, ABŞ Konqresi bir sıra konqresmenlərin Ermənistan üçün “lobbiçilik” fəaliyyəti çərçivəsində həyata keçirdikləri cinayətkar fəaliyyəti araşdırmalıdır.

Azərbaycan parlamentinə 2011-ci ildə “İşğal olunmuş Azərbaycan ərazilərinin hüquqi statusu haqqında” qanun layihəsi göndərilib. Analoji qanunlar ərazi bütövlüyü polzulmuş Gürcüstan, Ukrayna və Moldova kimi ölkələrdə çoxdan qəbul edilib.

Bu qanun işğal altındakı ərazilərin statusunu müəyyənləşdirir və eyni zamanda, o ərazilərə səfər edən, investitsiya qoyan hər hansı şəxsin hüquqi məsuliyyətə cəlb edilməsi üçün fundamental baza yaradır.

Düşünürəm ki Azərbaycanda da belə bir qanunun qəbul edilməsinin vaxtı çatıb və hətta gecikib də… Çox yaxşı olardı ki, bu istiqamətdə konkret addımlar atılsın”.

www.yenicag.az

1329
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM