Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısında baş vermiş insidentə münasibət bildirən amerikalı senator yenə ermənilərin xeyrinə danışıb.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı ölkənin Vaşinqtondakı səfirliyinin qarşısında yaşanan hadisə haqqında danışan ermənipərəst senator Con Makkeyn öz ampluasına sadiq qalıb.
Senator baş verən hadisədən sonra Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıçın qovulmalı olduğunu deyib:
“Onların səfirini ABŞ-dan qovmalıyıq. Mən olsam, Türkiyə səfirini qovardım. Belə hallar diplomatik qaydada cavabsız buraxılmamalıdır”.
Yeniçağ.Az