!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda hərbi çevriliş ola bilər - "Sarkisyanın generalları sakit dayanmayacaq"

!Reklam – Yazi

Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra işğalçı ölkənin silahlı qüvvələrində aparılan dəyişikliklərə yönəlik daxili etirazlar böyüməkdədir.

Xəbər verdiyimiz kimi, baş nazir Nikol Paşinyanın “Qarabağ klanı”nın təmsilçisi Movses Hakopyanı Baş Qərargahın rəisi vəzifəsindən azad edərək, onun yerinə general-mayor Artak Davtyanı gətirib.

Ermənistanın nüfuzlu hərbçiləri Davtyanın bu təyinatına sərt etirazlarını bildiriblər.

Onlar belə mühüm vəzifəyə Davtyan kimi “təcrübəsiz kadr”ın gətirilməsini yolverilməz addım kimi qiymətləndiriblər. Son günlərdə hərbçilərin başladıqları bu polemikaya rəqib siyasi düşərgələrin nümayəndələri də qoşulublar və onların mübahisəsi getdikcə kəskinləşməkdədir.

Bu barədə Yenicag.az-a danışan polkovnik Şair Ramaldanovun fikrincə, işğalçı ölkədə yaranmış bu narazılıq daha çox klanlararası qarşıdurmanın təzahürüdür:

“Bildiyiniz kimi, Ermənistanın Müdafiə Nazirliyi və Baş Qərargahı “Qarabağ klanı”, xüsusilə də keçmiş prezident Serj Sarkisyanın adamlarından ibarət idi.

Yeni baş nazir Nikol Paşinyan isə Silahlı Qüvvələrinin rəhbərliyinə öz adamlarını gətirməklə, Sarkisyanın tərəfdarlarını neytrallaşdırır. Buna təbii baxmaq lazımdır.

Davtyanın “səriştəsiz” adlandırılmasına gəldikdə, o, vəzifə pillələrini ardıcıllıqla keçib, hər halda, müəyyən təcrübə toplayıb. Ona görə də Davtyanın hədəfə alınması daha çox bayaq dediyim məqamla bağlıdır.

Ancaq bütün hallarda deyə bilərik ki, Ermənistan generaliteti daxilində yaranan bu narazılıq işğalçı ordunun idarə olunmasına öz mənfi təsirini göstərəcək. Yəni Baş Qərargahdan başlayan dəyişikliklər hərbi hissələrdə də davam etdiriləcək və bu da narazılığın miqyasını böyüdəcək. Çünki keçmiş prezidentə sadiq generallar sakit dayanmayacaqlar. Bu məsələdə hərbi çevriliş də istisna edilmir.

Bu, əlbəttə ki, Azərbaycanın maraqlarına uyğundur. Fikrimcə, Qarabağ münaqişəsinin nizamlanmasında hələlik əsas vasitə olan danışıqlar prosesinin bundan sonra daha uzun müddətə davam etdirilməsi mümkün olmayacaq. Bu halda, Azərbaycanın hərbi yola əl atması qaçılmaz olacaq və şübhə yoxdur ki, Ordumuz işğalçı qüvvələri darmadağın edəcək”.

A.Zeynalov

www.yenicag.az

2089
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv