Dekabrın 1-də Ermənistan tərəfi birinci Qarabağ müharibəsi qurbanlarından 10 nəfərin sümüklərini və 4 nəşin mümkün yerlərinin göstərildiyi 2 xəritəni Azərbaycana verib.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd edək ki, Ermənistan tərəfi 2020-ci il noyabrın 9-dan bu günə kimi Birinci Qarabağ müharibəsində həlak olan 140 nəfərin sümüklərini və 5 xəritəni Azərbaycana təhvil verib./Yenisabah.az/