“Ermənistan 28 il Ağdamda həqiqi urbisid həyata keçirib” – Hikmət Hacıyev

“Ağdam urbisidin (genosidin şəhərlərə qarşı istifadə olunması – red) parlaq illüstrasiyası və etirafıdır. Şəhərlərin soyqırımı. Ermənistan 28 il işğal müddətində Ağdamda həqiqi urbisid həyata keçirib”.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter”dəki səhifəsində yazıb.