“Simonyan BMT qətnamələrinin sayını bilməsə belə, bu faktı təkrarlamaq məcburiyyətindədir”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın son günlərdə Azərbaycanla sülh prosesi istiqamətdə verdiyi müsbət mesajlar barədə fikirlərini səsləndirən Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, əgər Ermənistan parlamentinin sədri Alen Simonyanın dedikləri aspektdən mövzuya yanaşılsa, bu, İrəvanın öz addımlarında düzəliş etməsi kimi dəyərləndirilə bilməz.
“İstər Simonyan, istərsə də digərləri tərəfindən səsləndirilən açıqlamalar mövcuddur. Lakin daha sonrakı müsahibələrində parlament sədri bildirir ki, Ermənistanın güzəşt etmək və geri çəkilmək fikri yoxdur”, – deyə o bildirib.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, BMT-nin Azərbaycanın işğal altında olan ərazilərinin qeyd-şərtsiz geri verilməsi ilə bağlı qətnamələri faktdır:
“Simonyan həmin qətnamələrin sayını bilməsə belə, bu faktı təkrarlamaq məcburiyyətindədir”.
Ətraflı videonu təqdim edirik:
Nəsimi Ələsgərli
Samir Məcidov