Ermənistan-Aİ münasibətləri heç vaxt bu qədər güclü olmayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Çexiyaya işgüzar səfəri zamanı Praqada keçirilən “Forum 2000” konfransında deyib.
Konfrans zamanı Təhlükəsizlik Şurasının katibi Ermənistan-Aİ ikitərəfli münasibətləri barədə danışıb, tərəfdaşlığın yeni gündəliyinin əhəmiyyətini, eləcə də vizanın liberallaşdırılması məsələsi ilə bağlı başlayan rəsmi dialoqun əhəmiyyətini vurğulayıb.
Qriqoryan Aİ-nin mülki missiyasının fəaliyyətini və Avropa Sülh Aləti çərçivəsində həyata keçirilən işləri xüsusi vurğulayıb./unikal