Ermənistan Aİ-yə üzvlük ərizəsi verəcək?

Ermənistan-Aİ münasibətlərində gördüyümüz dinamikanı misli görünməmiş kimi xarakterizə etmək olar və bu istiqamətlərdə müsbət dəyişikliklər də irəliləməyə və daha iddialı gündəmlərdən danışmağa imkan verəcək.

Yenicag.az VOA-ya istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

O bildirib: “Düşünürəm ki, Avropa Parlamentinin qəbul etdiyi bu bəyanat bir neçə ay əvvəl baş nazirin Avropa Parlamentindəki çıxışına birbaşa cavab idi. Əslində, bu çıxışda Ermənistan hökuməti Aİ ilə münasibətləri dərinləşdirməyə hazır olduğunu bildirdi. Aİ bunu mümkün hesab edir və son aylarda əməkdaşlıq gündəliyinin xeyli genişləndiyini gördük. İttifaqın müşahidəçi missiyası bir ildən artıqdır ki, Ermənistandadır. Hazırda Ermənistan və Aİ arasında viza rejiminin liberallaşdırılması, Ermənistanın Avropa Sülh Alətinə çıxışı və Ermənistan məhsullarının Avropa bazarına çıxışının asanlaşdırılması ilə bağlı müzakirələr davam edir”.

Kostanyan qeyd edib ki, bu məsələnin parlamentdə müzakirəsi barədə danışmaq hələ tezdir və həm müsbət, həm də mənfi cəhətləri başa düşmək üçün ictimai müzakirələr aparılmalıdır.

COP29