Ermənistan Astanada KTMT sammitində iştirak etməyəcək

Ermənistan KTMT-nin noyabrın 28-də Astanada keçiriləcək sammitində iştirak etməyəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, Ermənistan nümayəndələri əvvəlcədən bəyan ediblər ki, sammitdə müvafiq razılaşdırılmış sənədlərin qəbuluna qarşı heç bir etirazları yoxdur.

“Rusiya KTMT-də fəal iştirakını dayandıran Ermənistanın müstəqil kursuna hörmətlə yanaşır. Bununla belə, İrəvan təşkilata üzvlüyünü saxlayır və KTMT-nin bütün tədbirlərində onun üzünə qapılar açıqdır”, – deyə Yuri Uşakov brifinqdə bildirib.

Rusiya Federasiyası Prezidentinin köməkçisi bildirib ki, de-yure, İrəvan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və bununla da bütün müvafiq hüquq və öhdəliklərini özündə saxlayır./AZƏRTAC /

COP29