“Ermənistan-Azərbaycan danışıqları tezliklə bərpa olunacaq” – Erməni deputat

“Ümid edirəm ki, Ermənistan-Azərbaycan danışıqları bərpa olunacaq”.

Yenicag.az xəbər verir ki, bunu fevralın 19-da Ermənistan parlamentində jurnalistlərlə söhbətində hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Gevorq Papoyan deyib.

O, Azərbaycan və Ermənistan liderlərinin Münhendəki görüşü barədə danışıb.

“Ümid edirəm ki, əvvəlcə xarici işlər nazirlərinin görüşü olacaq, ondan sonra sülh danışıqları üzrə proses bərpa olunacaq”, – Papoyan əlavə edib.

Xuraman Etibarlı

COP29