“Ermənistan Azərbaycan xalqından üzr istəməlidir”

“İşğal etdiyi ərazilərdə xalqın irsi və əmlakına qarşı ağlasığmaz vandalizm, ekoloji soyqırımı həyata keçirdikdən sonra Ermənistanın hər hansı bir iddia irəli sürmək üçün mənəvi haqqı yoxdur”.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında qeyd edib.

“Ermənistan II Dünya müharibəsinin işğalçı dövlətləri kimi məsuliyyəti öz üzərinə götürməli və Azərbaycan xalqı qarşısında üzr istəməlidir”, – deyə H.Hacıyev bildirib.