!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan Azərbaycana dəvət göndərib

!Reklam – Yazi

Ermənistan parlament seçkilərini izləməyə müşahidə missiyası göndərməsi üçün Azərbaycana müraciət edib.

Baş nazir Karen Karapetyanın bununla bağlı məktubu bütün MDB-yə üzv ölkələrə göndərilib. Bu barədə MDB-nin icraiyyə komitəsinin birinci sədr müavini Viktor Quminskiy İrəvanda jurnalistlərə açıqlamasında deyib.

“İrəvana Azərbaycandan olan müşahidəçilər də gələcəkmi?” sualına isə belə cavab verib:

“Biz bütün ölkələrə dəvət göndərmişik. Ancaq Rusiya, Türkmənistan, Qazaxıstan, Ukrayna və Belarusdan olan 76 müşahidəçi müsbət cavab verib”.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri aprelin 2-də keçiriləcək.

Yeniçağ.az

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv