Ermənistan Azərbaycandan qaz almağa HAZIRDIR

“Tranzit qaz kəmərinin Ermənistan ərazisindən keçəcəyi təqdirdə ölkəmiz Azərbaycandan qaz almağa hazırdır”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Dünya Erməni Sammitində deyib.

“Azərbaycandan Naxçıvan və ya Türkiyəyə qaz ixracı üzrə tranzit boru kəməri ölkəmizin ərazisindən keçərsə, biz Azərbaycanın nəql etdiyi təbii qazı almağa hazırıq”, – deyə, Paşinyan ifadə edib./unikal

COP29