Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini boşaltmaq məcburiyyətində qalacaq” - Politoloq

Reklam: Sinerji Pro

“Son dönəmlərdə beynəlxalq miqyasda da Ermənistanın mövqeləri sürətlə zəifləməkdədir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri prezident İlham Əliyevin Balakəndə “ASAN xidmət” mərkəzinin açılış mərasimindəki çıxışında işğalçı Ermənistan rəhbərliyinə ünvanladığı sərt mesajlara münasibət bildirən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadənin sözlərinə görə, artıq iki ildir, Soros Fondunun girovluğunda olan qüvvələr Ermənistanda hakimiyyəti ələ keçiriblər:

“Prezident İlham Əliyev Ermənistan baş nazirinin irəli sürdüyü məlum “yeddi şərt”in layiqli cavabını verdi. Bundan əvvəlki çıxışında da İlham Əliyev Ermənistan rəhbərliyinə yönəlik demişdi ki, gəl, təkbətək qarşılaşaq. Təbii ki, Ermənistan cılızlığı və qorxaqlığı səbəbindən təkbətək qarşılaşmaya cəsarət edə bilməz.

Paşinyan çıxışlarında gah Dağlıq Qarabağı Ermənistanın ərazisi adlandırır, gah da işğal olunmuş ərazilərimizdəki qondarma rejimin “müstəqil tərəf” olaraq, danışıqlarda iştirak etməli olduğunu deyir.

Bildiyiniz kimi, artıq 28 ildir, aparılan danışıqlar prosesində separatçı rejim heç vaxt nə icma, nə də “dövlət” kimi iştirak etməyib. Yəni danışıqlar vasitəçilərin iştirakı ilə Azərbaycan və Ermənistan arasında aparılıb.

Ermənistan ötən əsrin 90-cı illərindən 2018-ci ilə qədər hərbi xunta tərəfindən idarə olunurdu. İki il əvvəl isə Soros Fondunun girovluğunda olan qüvvələr Ermənistanda hakimiyyəti ələ keçiriblər.

Paşinyan son çıxışında Dağlıq Qarabağ münaqişəsinin “həll”i üçün yeddi şərt açıqlayıb. Prezident İlham Əliyev isə özünün tək bir şərti ilə Paşinyanın yeddi şərtini heçə endirdi.

Son dönəmlərdə beynəlxalq miqyasda da Ermənistanın mövqeləri sürətlə zəifləməkdədir. Bu çərçivədə ABŞ Konqresinin Ermənistanı işğalçı kimi tanıyan qərarını xüsusi vurğulamaq olar.

Eyni zamanda, Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərinin də çoxu Azərbaycana dəstək verdi. Tovuz döyüşlərinin davamında və növbəti günlərdə Türkiyənin ortaya qəti mövqe qoyması da işğalçı ölkədə çox ciddi narahatlıq yaradıb. Bu gedişat bir daha göstərir ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini boşaltmaq məcburiyyətində qalacaq”.

www.yenicag.az

562
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100