Ermənistan borcun içində batır

Ermənistanın dövlət borcu 2023-cü il avqustun 31-də 11 milyard 395,1 milyon dollar təşkil edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” məlumat yayıb.

Bildirilib ki, bu ötən ilin uyğun dövrü ilə müqayisədə 9 faiz çox, 2022-ci il dekabrın 21-i ilə müqayisədə isə 5,4 faiz çoxdur.

Qeyd olunub ki, hökumətin borcu isə 10 milyard 844,1 milyon dollar olub.

Xarici borcun 91 faizi Ermənistan hökumətinin, 9 faizi isə Mərkəzi Bankın borcudur. Xarici və hökumət kreditlərinin ən böyük hissəsi Dünya Bankının payına düşür. Ermənistanın ikinci ən böyük kreditoru 18,8 faiz çəki ilə Asiya İnkişaf Bankı gəlir.