!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür” – İlham Əliyev

!Reklam – Yazi

“İkinci Qarabağ müharibəsi bölgədəki vəziyyəti kökündən dəyişdirib. Bu hadisələr dəyişikliyə ehtiyac yaradıb”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri” adlı videoformatda keçirilən müzakirələr zamanı çıxışında deyib.

Tədbiri açan dövlət başçısı bu mövzuda müzakirələr təşkil etdiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib: “Cənubi Qafqazda köklü dəyişikliklər baş verib və yeni vəziyyət yeni yanaşmalar tələb edir”.

Azərbaycan Prezidenti bildirib ki, İkinci Qarabağ müharibəsi regionda vəziyyəti kökündən dəyişdirib: “İşğal bitməyənə və ərazilərimiz geri qaytarılmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyimizə dair mövqeyimizi açıq şəkildə bildirmişik. Ermənistan özü də böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür”.

www.yenicag.az

474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv