Ermənistan bu tarixdən ehtiyatda olan hərbçiləri toplayacaq

Aprelin 1-dən iyunun 13-dək Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti təlim-məşq toplanışı keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin bugünkü iclasında qəbul edilib.

Toplanışın hər bir iştirakçısı müəyyən edilmiş qaydada 25 təqvim günü ərzində təlim keçəcək./unikal