!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan cavabını aldı: Azərbaycan bufer zonası yaratmalıdır - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan tərəfi gələcəkdə sərhəddə problem yaranmaması üçün bufer zonası yaratmalıdır”.

Bu sözləri Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş döyüş toqquşmasını və bunun səbəblərini şərh edən şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Ermənistan Azərbaycanı aldadırdı, cavabını da aldı:

“Əvvəl də bildirmişdim ki, atəşkəsin pozulması hallarının keçmiş Dağlıq Qarabağ ərazisində yox, sərhəddə baş verməsi çox ciddi bir məsələdir. Bu təxribatların qarşısının alınması üçün hərəkətə keçmək lazımdır. Erməni tərəfi bunun olacağını anlamırdı. Dövlət başçısı 6 ayın yekunu ilə bağlı keçirdiyi müşavirədə bu yöndə mesajlarını da vermişdi.

Dəfələrlə bildirmişdim ki, əgər erməni tərəfi bu qədər təxirbatları davam etdirsə, Azərbaycan öz dövlət sərhədini qorumaq üçün bufer zonası yaratmalıdır. Lazım olduqda qarşı tərəfə ağır zərbələr endirməlidir. Lokal toqquşmalar qaçınılmaz idi. Atəşkəs tez-tez pozulurdu. Şəhidlər vermişik, onlara Allahdan rəhmət diləyirəm. Yaralılarımızın tez sağalmasını arzu edirəm.

Azərbaycan ordusu güclüdür. Dövlət ordunu yeni, müasir silahlarla təchiz edir. Əsgərlərimizin ruh yüksəkliyi olduqca yüksəkdir. Azərbaycan ordusu qarşıya qoyulan tapşırığı artıqlaması ilə yerinə yetirdi. Təxribatların qarşısının alınması üçün Azərbaycan ordusu onlara öz yerini göstərdi.

Hesab edirəm ki, Azərbaycan tərəfi gələcəkdə sərhəddə problem yaranmaması üçün bufer zonası yaratmalıdır. Həmçinin delimitasiya və demarkasiya işləri yekunlaşmalıdır. Erməni tərəfi artıq bilir ki, Azərbaycan ordusu təkcə öz ərazisində yox, lazım gəlsə, onların ərazisində də əməliyyat keçirməyə qadirdir. Delimitasiya və demarkasiya işləri bitməlidir ki, sərhədimizi qura bilək. Erməni tərəfi buna getməyə məcburdur”.

Səxavət Məmməd

www.yenicag.az

660
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv