Sərhəddə baş verən qarşıdurmada Ermənistanın 3 hərbi qulluqçusu yaralanıb.
Yenicag.az “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın Tavuş vilayətinin qubernatoru Ayk Çobanyan deyib.
Onun sözlərinə görə, yaralılar Berd şəhərinin xəstəxanasına yerləşdiriliblər.
Ermənistan Müdafiə Nazirliyi də sərhəddəki qarşıdurmada 3 hərbi qulluqçusunun yaralandığını təsdiqləyib.
Qeyd edək ki, daha öncə Ermənistanın 2 polisinin yaralandığı açıqlanmışdı.