!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan dezinformasiya yayaraq gələcək təxribatlara zəmin yaradır - MN

!Reklam – Yazi

Azərbaycan-Ermənistan dövlət sərhədində erməni kəndinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı xəbər növbəti dezinformasiyadır.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

“Bu ermənilərin növbəti dezinformasiyasıdır. Bu cür bəyanatla onlar gələcək təxribatlarına zəmin yaradırlar”, – deyə Müdafiə Nazirliyinin şərhində bildirilir.

Qeyd edək ki, bu gün erməni mətbuatında Ermənistanın Azərbaycanla həmsərhəd olan Tavuş vilayətinin kəndlərindən birinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə xəbər yayılıb. (APA)

www.yenicag.az

2416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv