“Ermənistan dövlət səviyyəsində faşizmi təbliğ edir”

togrulToğrul Allahverdili: “Çox güman ki, bu məsələni Rusiya içtimai palatasının müzakirəsinə çıxaracağıq”

Bu günlərdə Ermənistan yenə də öz mahiyyəti, insanlıq əleyhinə fəaliyyəti, faşizm ideologiyasına xidmət edən addımları ilə diqqət mərkəzindədir. Söhbət İkinci Dünya müharibəsində Hitlerin yaxın silahdaşı olmuş, faşizmin yayılmasında fürerlə birgə çalışımış erməni Qaregin Njdeyə İrəvanda heykəlin ucaldılmasından gedir. Bütün dünya, xüsusilə Rusiyanın faşizm üzərində qələbənin ildönümünü qeyd etdiyi bir ərəfədə Ermənistanın bu ideologiyaya xidmət edən qaniçən bir insanı əbədiləşdirilməsi heç şübhəsiz ki, rəsmi Moskva tərəfindən xoş qarşılanmayıb. İstər rəsmi, istərsə də qeyri-rəsmi səviyyədə Ermənistanın bu addımına qarşı ciddi etiraz bildirilib. Bəs görəsən Rusiya cəmiyyəti Ermənistan hakimiyətinin faşizm ideologiyasına xidmət edən bu addımını necə qarşılayır. Bu və ya digər suallarla bağlı Rusiyada yaşayan soydaşımız, Azərbaycan Slavyan Gəncləri Asossiasiyasının Rusiya nümayəndəliyinin sədri, diaspora məsələləri üzrə ekspert Toğrul Allahverdili ilə söhbətləşdik.

-Toğrul bəy, Ermənistanın faşist ideologiyasına xidmət edən, minlərlə insanın qətlinə baiskar olan Qaregin Njdeyə İrəvanda heykəl qoyması bu ölkənin özünün də faşist ideologiyasına xidmət etdiyinin göstəricisi sayıla bilərmi?

-İlk növbədə bildirmək istərdim ki , Hitlerin əlaltısı olmuş faşist generalı Qaregin Njdeyə abidə qoymaqla Ermənistan Rusiyanı şantaj etmək istəyir. Apreldə Dağlıq Qarabağda, təmas xəttində baş verən hərbi əməliyyatlardan və Ermənistan ordusunun üzləşdiyi uğursuzluqlardan sonra hətta Ermənistan rəhbərliyində də bunun günahının Azərbaycanı dəstəklədiyi üçün Rusiyada olduğu fikri formalaşıb. Ancaq hamımız gözəl bilirik ki, əsrlər boyu və bu illərdə Rusiya Azərbaycandan çox Ermənistanı və erməni xalqını dəstəkləyib Bu abidəni hansısa biznesmen və ya ictimai təşkilatlar qoymayıb. Əksinə, onun açılışında Ermənistan prezidentinin özü şəxsən iştirak edib və bu da çox şeydən xəbər verir. Yerevanda Njdeyə abidə qoyulması dövlət səviyyəsində faşizmin təbliğatı deməkdir. Tarixə nəzər saldıqda Ermənistanda terror və digər xalqlara qarşı düşmənçilik ideyalarının daşıyıcılarının “Daşnaksütun” kimi siyasi hərəkatlar olduğunu və onların dünya terrorunun və faşizm ideologiyasının kökündə dayandığını görərik .Bu partiyaların nizamnəməsində açıq-aşkar “Böyük Ermənistan”ın və ümumilikdə dünya üzrə erməniçiliyin yaradılması üçün türkləri-müsəlmanları məhv etmək lazım gəldiyi bildirilib. Bu da ermənilərin, Ermənistan hakimiyyətinin faşist idealogiyasının daşıyıcısı və təbliğatçısı olduğunu subut edir

-Heykəlin, ənənəvi 9 may Qələbə Günündən iki həftə sonra qoyulması və açılış mərasimində prezident Serj Sərkisyanın da iştirak etməsi sizcə Ermənistanın Rusiyaya dirsək göstərməsi deyilmi. Yəni Rusiya faşizm üzərində qələbəni qeyd etdiyi bir vaxtda forpostu sayılan Ermənistan nasist ideologiyasına xidmət edən bir addım atır?

-Ermənistan hakimiyyəti bütün uğursuzluğunu onun-bunun üstünə atmağı, yalan danışmağı, hətta öz xalqını da 15 ildir yalan vədlərlə idarə etməyi öyrənib . Qaldı ki, Ermənistan prezidentinin Rusiyaya güc nümayiş etdirməsi, bu sadəcə gülməli səslənir. Çünkü nə güc nə də iradə qorxaq Sarkisyanda yoxdur. Sadəcə el dili ilə desək küyə gedib bu addımı atıb.

-Bu həm də Ermənistanın bütün sivil dünya qarşısında faşizm ideologiyasına, irqi ayrıseçkiliyə yol verdiyinin göstəricisi sayıla bilərmi?

-Artıq Azərbaycan dövlətinin prezidenti İlham Əliyevin apargığı uğurlu xarici siyasətin nəticəsidir ki, Ermənistan dünyada işğalçı, başqalarının torpağında gözü olan, terroru dəstəkləyən və soyqırım törədən bir dövlət, Serj Sərkisyan isə şəxsən əli minlərlə dinc sakinin qanına batmış cani olaraq tanınır

-Sizcə mütərəqqi dünya, bəşəriyyətdə nasizm və irqi ayrıseçkiliyə qarşı mübarizə aparan ölkələr Ermənistana qarşı hansısa hərəkətə keçəcəklərmi?

-Ermənistanın işğalçılıq və milli, dini ayrı seçkiliyinə qarşı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Həmçinin İslam Əməkdaşlıq Şurası, Türkdili Dövlətlər Birliyi və onlarla dünya dövlətlərinin Ermənistan haqqında qətnamə və çağrışları var. Ancaq təssüf ki, bu çağrışlar hələ də cavabsız, qətnamələr isə icra olunmamış qalır . Bu vaxtadək Ermənistan Rusiyaya güvənirdi. Ancaq artıq quduz Ermənistan rəhbərliyinin öz ağalarına qarşı da diş qıcıması zənnimcə cavabsız qalmayacaq.

-Siz Rusiada yaşayırsınız. Müşahidələriniz nədən ibarətdir, Rusiya cəmiyyətində, rəsmi dairələrində Ermənistanın bu addıməı necə qarşılanıb?

-Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində bu məsələni pisləyən açıqlama verilib . Bu yaxınlarda isə daima Rusiya millətçilərini müdafiə edən Rusiya Liberal Demokrat Partiyasının Rusiya Federasiyası Dövlət Dumasındakı deputatı Maksim Şinqarkin xarici işlər naziri Sergey Lavrova ünvanlanmış sorğu hazırlayıb. O, Ermənistan Respublikasının rəhbərliyinə münasibətdə diplomatik tədbirlər görülməsini və nasist əlaltılarının qəhrəman kimi qələmə verilməsinin yolverilməz olmasını xatırlatmağı xahiş edib. Həmçinin Rusiya Hərbi Tarix Cəmiyyətinin müdiri Yuri Nikiforov bəyanat yayaraq Qaregin Njdeyə heykəl qoyulmasını pisləyib və Ermənistan hakimiyyətini xəyanət, tarixə hörmətsizlikdə günahlandırıb.

-Rusiyada fəaliyyət göstərən diaspora olaraq Ermənistanın bu iyrənc addımını çılpaqlığı ilə Rusiya cəmiyyətinə çatdırmaq istiqamətində hansısa addımlar atmağı düşünürsünüzmü?

-Cənab prezident İlham Əliyev Dünya Azərbaycanlıların Dördünçü Qurultayıında çıxış edərkən diaspor nümayəndələrinə bir çağrış da etdi ki, yaşadığınız ölkələri Azərbaycan qədər sevin və həmin dövlətin mənafeyinin qorunmasında yaxından iştirak edin. Biz də Rusiya azərbaycanlıları olaraq Ermənistan dövlətinin hakimiyyətinin Rusiya və keçmiş sovet ölkələrinə qarşı bu hörmətsizliyinə, tərbiyəsizliyinə biganə qala bilmərik. Bu yöndə işlər gedir. Çox güman ki, bu məsələni Rusiya içtimai palatasının müzakirəsinə çıxaracağıq. Hətta belə bir fikrimiz var ki, rusiyalı gənclərlə birgə Ermənistan səfirliyi qarşısında etiraz aksiyası da keçirək.

Süleyman İsmayılbəyli

COP29