Ermənistan döyüşə narkotik aludəçisi və xəstə insanları göndərir – FAKTLAR

Ermənistan döyüşə xəstə insanları göndərmək məcburiyyətində qalıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bunu təsdiqləyən faktlar üzə çıxıb.

Erməni əsgərlərinin sənədləri əsasında Ermənistanın e-səhiyyə sistemində aparılan araşdırma zamanı orduya yararsız xəstəliyi olan daha beş nəfərin cəbhəyə göndərildiyi məlum olub.

Onlardan ikisi – Marat Zaqaryan və Artaşes Sayadyan narkotik aludəçisi olub.

Hərbi həkim komissiyası bu şəxslərə narkotikdən asılılıq diaqnozu qoyub. Digərləri isə xəstə və hərbi xidmətə yararsız olub.