“Ermənistan dronlarla mübarizə üçün İsraildən avadanlıq alacaq” – Erməni nazir

Ermənistan “narkodronlarla” mübarizə üçün İsraildən avadanlıq alacaq.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyinin rəhbəri Qriqor Minasyan 2023-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib.

O deyib ki, Ermənistan “narkodronlarla” mübarizə üçün İsraildən avadanlıq alacaq. Alınan texnika həbsxanalara narkotik vasitələri daşımağa cəhd edən dronlarla mübarizə aparır.

Xuraman Etibarlı

COP29