“Ermənistan əsir saxlanılan Azərbaycan əsgərlərini geri qaytarmalıdır”

“Ermənistan keçmiş səhvlərindən heç vaxt dərs almır!”

Yenicag.az xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında bildirib.

O bildirib ki, erməni tərəfi təxribat əməllərinə görə üzr istəmək əvəzinə saxta xəbərlər yayır: “Ermənistan təxribatlara son qoymalı, əsir saxlanılan Azərbaycan əsgərlərini geri qaytarmalı, 3890 itkin düşmüş şəxs haqqında məlumat verməlidir”.