“Ermənistan ətrafında halqa hər gün daralır”.
Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu bu gün parlamentdə çıxış edən “Ermənistan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.
“Geosiyasi və regional proseslər, mövcud təhlükəsizlik mühiti, xüsusən də daxili və xarici təhdidlərin günbəgün güclənməsi fonunda bütün potensialımızı, düşüncə və təkliflərimizi problemlərin həllinə və bu çətin vəziyyətdən çıxmağa yönəltməliyik.
Bu vəziyyətin əsasını təkcə Azərbaycanın siyasəti deyil, həm də Ermənistan hakimiyyətinin siyasəti təşkil edir. Bu da son nəticədə Qarabağın boşaldılmasına gətirib çıxarıb.
Ermənistan hakimiyyətinin zamana uyğun olmayan şəkildə formalaşdırdığı siyasət ona gətirib çıxarıb ki, Ermənistan ətrafında dairə hər gün daralır”, – Ohanyan bildirib.
Xuraman Etibarlı