“İndi biz evtanaziya mərhələsindəyik, yavaş-yavaş sönürük”.
Yenicag.az xəbər verir ki, bunu erməni ekspert Hasmik Babacanyan yazıb. O, Ermənistanın yavaş-yavaş çökmə mərhələsində olduğunu qeyd edib.
“Ekstremal vəziyyətdə olan cəmiyyət ruhi rahatlığını qorumaq üçün psixoloji sığınacaqlar tapır.
Evtanaziyanın nə olduğunu bilirsinizmi? Çoxları insanı asan ölümə aparmağa mərhəmət deyirlər.
İndi biz evtanaziya mərhələsindəyik. Yavaş-yavaş sönürük. Oda yaxınlaşmayan hər kəs onun qarşısında hələ çox vaxt olduğunu düşünür.
Bu, uyğunlaşma qabiliyyətini aşılamağın, gələcəyə olan həvəsi öldürməyin ən qısa yoludur.
Ermənistanda hər şey Qarabağda olduğu kimidir. Mən demirəm ki, camaat sona qədər susacaq, amma müqavimət çox zəif olacaq.
Müxalifətçiləri dəstəkləyənlər azdır, onların həbsləri başlayıb. Sel gələndə öndəkiləri aparacaq, sədd çəkməyi düşünməyənlər də gilə dönəcək”, – deyə Babacanyan vurğulayıb.
Xuraman Etibarlı