Hər bir ölkənin özünümüdafiə hüququ var. Biz görürük ki, Azərbaycan da bu istiqamətdə işləyir.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Amerikalı diplomat Fransanın Ermənistanı silahlandırması ilə bağlı Bakının narahatlığı haqda deyib:
“Biz Ermənistanın Fransadan silahlar alması ilə bağlı xəbərləri eşitdik. Bu həm də onun göstəricisidir ki, tərəflər arasında bir-birinə etimad azdır və bu da anlaşılandır, çünki ortada 30 illik bir münaqişə var”.