Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını blokadaya ala bilər

Ermənistan Gümrüdəki 102-ci Rusiya hərbi bazasını blokadaya ala bilər. 

Yenicag.az xəbər verir ki, bunu Ermənistan Milli Demokratik Qütb (MDP) siyasi hərəkatının üzvü Vahe Qasparyan deyib.

Siyasətçinin sözərinə görə, Laçın dəhlizi açılmasa, Ermənistan sözügedən bazanı təhdid edəcək: “Əgər yaxın günlərdə dəhliz açılmasa, o zaman biz xalqımıza müraciət edərək Gümrüdəki hərbi bazanın qarşısını almağa çağıracağıq. Bu məqsədlə Polyus (PDP) Ermənistanda Qarabağın ruslar tərəfindən blokadaya alınması ilə bağlı qiymətləndirmələri bizimlə üst-üstə düşən siyasi dairələrlə müzakirələr aparacaq”./Unikal/