Ermənistanı idarə edən Respublikaçılar Partiyası (ERP) Nikol Paşinyanın baş nazir seçiləcəyi təqdirdə istefa verməyə hazır olduqlarını bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə ERP-nın parlamentdəki fraksiyasının başçısı Vaqram Baqdasaryan bildirib.
“Biz opponentlərimizdən fərqli olaraq, pozitivi görməyə və neqativi tənqid etməyə hazırıq, problemlərin həlli üçün müxalifətə keçə bilərik”, – deyə o, qeyd edib.
Məlumat üçün bildirək ki, mayın 8-də Ermənistanda baş nazir seçkilərinə ikinci cəhd olacaq. Tək namizəd etiraz aksiyalarının lideri Paşinyandır.
Qeyd edək ki, Parlament mayın 1-də hökumət başçısı olaraq Paşinyanı seçməmişdi. Müxalifətçi lider lazım olan 53 səsdən yalnız 45 səs toplaya bilmişdi.
Əgər deputatlar bu dəfə də Nazirlər Kabinetinin başçısını seçə bilməsələr, qanunverici orqan avtomatik olaraq buraxılacaq.
Zaur H.