“Ermənistan tərəfinin sərhədə texnikanı toplaması, eləcə də hərbi toplanışlara əlavə 5 min zabit və gizirləri cəlb etməsi İrəvanın növbəti təxribatlara hazırlığı barədə ehtimallar irəli sürməyə imkan verir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında ehtiyatda olan mayor, hərbi ekspert Ədalət Verdiyev deyib.
O, aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iştirakı ilə keçiriləcək üçtərəfli görüşdən öncə sərhəddə baş verə biləcək hərbi eskalasiya riskindən söz açıb.
Aprelin 5-nə qədər hər hansı təxribatın törədilməsi riskinin olduğunu söyləyən Ə. Veridyev əlavə edib ki, Ermənistan tərəfi bu təlimlərə, əsasən, mühəndis, artilleriya və zirehli vasitə üzrə komandirləri cəlb etməsi birmənalı olaraq döyüş əməliyyatlarına hazırlıq kimi qiymətləndirilə bilər.
Ətraflı videonu təqdim edirik:
Rafi Müslümov