!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan heyvanları Azərbaycan bazarında - Gürcüstan üzərindən ölkəmizə qarşı qida terroru

!Reklam – Yazi

Ərzaq təhlükəsizliyi məsələsi hər zaman dünyanın diqqət mərkəzində olub. Bu da əsasən, bir sıra kənd təsərrüfatı məhsullarının, eləcə də qidaların tərkibində insan genefonduna mənfi təsir edən maddələrin olması ilə bağlıdır. Azərbaycanda da hələ ulu öndərin dönəmində ərzaq təhlükəsizliyi diqqət mərkəzində olub. Beləki 2001-2004-cü illəri əhatə edən «Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı»nın təsdiq edilməsi haqqında sərəncam imzalanıb.

Fevralın 10-da isə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Bu fərmana əsasən, Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq.

Belə bir qərarın dövlət başçısı tərəfindən verilməsi heç də təsadüfi deyil. Çünki bu gün xaricdən gətirilən bir çox ərzaq məhsulları Azərbaycan vətəndaşının sağlamlığına ziyan vurmaqla yanaşı, həm də müxtəlif xəstəliklərin yayılmasına səbəb olur. Belə diqqət çəkən qidalardan biri də ət məhsullarıdır. Bildiyimiz kimi Azərbaycana kəsilmiş ət gətirilməsinə icazə verilmir. Lakin ölkəyə iri və xırda buynuzlu heyvanlar gətirilir. Bu heyvanların haradan gətirilməsinə isə heç kim diqqət yetirmir. Bir çox işbazlar isə bu məqamdan istifadə edərək, hətta bədnam qonşumuz Ermənistandan da iri və xırda buynuzlu heyvanlar gətirirlər.

Bir çox ət tədarükçüləri və qəssablar Ermənistandan Azərbaycan gətirilən mal-qara barədə məlumatlıdırlar. Lakin onlar bunu etiraf edə bilmirlər və ya istəmirlər. Ət tədarükçüləri bir çox halda Ermənistanda bəslənmiş mal-qaranın Gürcüstan vasitəsilə Azərbaycana gətirilməsinin ucuz başa gəldiyini deyir. Onlar hesab edir ki, heyvandarlıqla məşğul olan yerli fermerlər iri və xırda buynuzlu heyvanları baha qiymətə satırlar. Bu səbəbdən də bir çox ət tədarükçüləri xaricdən, xüsusilə Gürcüstandan mal-qara gətirməyə üstünlük verirlər. Göründüyü kimi, mənşəyi bəlli olan və olmayan mal-qaranın ölkəyə gətirilməsi bu gün hər kəsin diqqət yetirməsi vacib olan qida təhlükəsizliyini prioritet edir.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyib ki, xaricdən gətirilən mal-qaraya nəzarət olmalıdır:

“Əlbəttə keyfiyyətlə bağlı standart olmalıdır. Bu standarta əsaslanaraq, həm istehsal, həm də idxal olunan mallara, məhsula icazə verilməlidir. Məsələ burasındadır ki, məmurların sayı artır. Faktiki olaraq, keyfiyyətsiz və zərərli məhsulların, eləcə də mal-qaranın ölkəyə gətirilməsi mövcuddur. Gətirilən həmin mal-qaranın arxasında hansısa inhisarçı, məmur, nazir dayanır. Belə olan halda yeni yaradılan agentliyin rəhbəri nə dərəcədə məsələyə təsir edə bilər? Elə məsələlər var ki, əvvəlcə onlar öz həllini tapmalıdır. İnandırım sizi, əgər idxal olunan mallarda inhisarçılıq götürülərsə, ölkədəki müvafiq dövlət orqanları, rüşvət almasa, nəfsinə sahib çıxsa, nəzarəti həyata keçirə bilərlər. Onların artıq belə bir funksiyası var. Yaradılan agentlik hansısa yenilik gətirməyəcək ki?

Ölkə daxilində də istehsal olunan malın, məhsulun arxasında inhisarçılar dayanır. Bu inhisarçılar böyük torpaq ərazilərini, emal müəssisələrini və bəzi hallarda istehsal sahələrini zəbt ediblər. Belə inhisarçılar nazirlər və digər məmurlardır. Yalnız az bir sayda kartof, pomidor, kələm yetişdirən kəndlilər var. İstehsal da, idxal da inhisarçıların əlindədir. Belə olan halda yeni yaradılan qurum bu əjdahalara nəzarəti necə həyata keçirəcək? Əlbəttə, onlara göz yumulacaq. Ona görə də əvvəlcə mövcud olan problemlər öz həllini tapmalıdır, normal biznes mühiti yaradılmalıdır və həm idxalda, həm də istehsalda inhisarçılıq aradan götürülməlidir. Son dövrlər apardığımız araşdırmalar göstərir ki, yeni yaradılan qurumların ümumi prosesə hər hansı müsbət təsiri yoxdur”.

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

938
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv