!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan indi olduğu kimi, aprel döyüşlərində məruz qaldığı itkiləri də gizlədirdi, amma...” - Partiya sədri

!Reklam – Yazi

“İşğalçı ölkənin hakimiyyəti son döyüşlərdə üzləşdiyi itkilərin real sayını açıqlamaqla, əhalinin qəzəbinə tuş gəlməkdən çəkinir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında iyulun 12-dən başlayaraq, Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində işğlaçı ölkənin təxribatı nəticəsində hələ də davam edən döyüşlərdə düşmən tərəfin canlı qüvvə və hərbi texnika baxımından, məruz qaldığı ağır itkiləri gizlətməsinin səbəblərinə toxunan Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Mais Səfərlinin sözlərinə görə, Ermənistan 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, indi də öz itkilərini gizlətməyə uğursuz cəhd edir:

“Xatırlayırsınızsa, bizə yaxın olan tarixdə, yəni 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərdə də Ermənistan öz itkilərini gizlədirdi. Aprel döyüşlərində yüzlərlə itki verən Ermənistan belə göstərməyə çalışırdı ki, guya cəmi beş-altı yaralısı var.

Lakin sonradan onlar özlərini ifşa etdilər. O zaman Ermənistanda deputat-istintaq komissiyası yaradılmışdı. Bu komissiyanın hesabatına görə, Ermənistan aprel döyüşlərində 550-dən çox hərbçisini itirib. Amma bir qədər sonra açıqladıqları həmin rəqəmi yenə saxtalaşdıraraq, azaltdılar.

Ermənilər Qarabağ müharibəsi başlayandan bəri hər zaman itkilərini gizlətməklə məşğul olub. Bu, onların təbiətindəki yalançılıqdan irəli gəlir. Eyni zamanda, işğalçı ölkənin hakimiyyəti son döyüşlərdə üzləşdiyi itkilərin real sayını açıqlamaqla, əhalinin qəzəbinə tuş gəlməkdən çəkinir.

İşğalçı ölkənin təxribatı nəticəsində son günlər sərhəddə baş verən döyüşlərdə Azərbaycan ordusunun sərt qarşılığı nəticəsində yüzlərlə əsgərinin öldüyünü Ermənistan yenə gizlədir.

Mən hələ onların nə qədər hərbi texnika itirdiklərini demirəm. Ermənistan mediasında da qeyd edilir ki, bu günlərdə işğalçı ölkənin əsgər cəsədi göndərilməyən bölgəsi yoxdur. Öz mediaları da etiraf edir ki, son döyüşlərdə 200-dən çox erməni əsgəri gəbərdilib.

Ancaq Ermənistan hakimiyyəti əlbəttə ki, bu qədər itkini əhalidən gizli saxlaya bilməz. Məlumatlar yayılır və bu itkilərə görə Ermənistanda onsuz da ağır olan vəziyyət daha da gərginləşir. Ermənistan hakimiyyəti bütün bu əməllərinin hesabını mütləq verəcək”.

Aqil Bəkir

www.yenicag.az

1436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv