!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan iqtidarının vəziyyəti ağırlaşır

!Reklam – Yazi

108696_res_01Növbədənkənar prezident seçkilərinin keçirilməsi əsas tələbə çevrilir

Bir neçə aydır ki, kütləvi etiraz aksiyalarının keçirildyi Ermənistanda ictimai-siyasi vəziyyət daha gərgin xarakter almağa başlayıb. Hadisələrin inkişaf istiqaməti etiraz aksiyasına qoşulanların hakimiyyətə qarşı mübarizədə bu dəfə qətiyyətli olduğunu, mövcud iqtidarın istefaya göndərilməsində israrlı mövqe nümayiş etdirdiklərini göstərir. Daha bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, aksiyaya qatılanlar hakimiyyətə qarşı daha çox itaətsizlik nümayiş etdirir.

Bu fonda etirazçılar Hökumət evinə girişi bağlayaraq Nazirlər Kabinetinin əməkdaşlarını iş yerlərinə buraxmamaq üçün müəyyən addımlar atıblar. “Ayağa qalx, Ermənistan” vətəndaş təşəbbüsünün rəhbərlərindən biri Andreas Qukasyan bunun səbəblərini belə izah edib: “Hesab edirik ki, artıq bu hakimiyyətin vaxtı keçib. Keçirdiyimiz aksiyalar elektrik enerjisinin bahalaşmasına etiraz edənləri və ölkədə konstitusiya islahatlarına qarşı çıxanları birləşdirir. Biz Ermənistanda növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirik”.

Qeyd edək ki, bu dəfə də erməni polisi aksiya iştirakçılarına güc tətbiq edib və həbsə atılanlar var. Bu isə hakimiyyətlə xalq arasında ziddiyyətin daha da dərinləşməsi ilə müşayiət olunur. “Ayağa qalx, Ermənistan” vətəndaş təşəbbüsünün üzvlərindən biri olan Artuş Çibuxçiyan qeyd edib ki, aksiyalar davamlı olacaq: “Ermənistan elektrik səbəkəsi”ndəki yoxlamaların nəticəsini gözləyirdik. Növbəti dəfə aldadıldığımızı gördük. Tələblərimizin heç biri yerinə yetirilmədiyindən bu dəfə dayanmayacağıq, istəklərimiz təmin olunanadək aksiya keçirəcəyik”.

Xatırladaq ki, iyulun 1-dən etibarən Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir. Etirazçılar elektrik enerjisi tarifinin qaldırılması qərarının ləğv edilməsini, “Ermənistan elektrik şəbəkəsi” şirkətinin milliləşdirilməsini və ictimai xidmətlərin tənzimlənməsi komissiyasının buraxılmasını tələb edirlər. Lakin hakimiyyət bununla razılaşmadığından vəziyyət kəskinləşir və bu durumda prezident Serj Sarkisyanın, onu komanda üzvlərinin istefaya getməsi əsas tələb kimi ön plana çıxır.

Ölkənin iqtisadi, sosial sahədə də böyük problemlər yaşaması Sarkisyan iqtidarının mövqelərini sürətlə zəiflədir. Dünya iqtisadiyyatında yaşanan problemlərin Ermənistana mənfi təsirlərinin sürətlə genişlənməsi, milli valyutanın dəyərdən düşməsi isə daha gərgin vəziyyət formalaşdırır. Qeyd edək ki, bu günlərdə Ermənistan Mərkəzi Bankı milli valyuta olan dramın məzənnəsini sabit saxlamaq üçün rekord həcmdə valyuta müdaxiləsi həyata keçirib. “Aykakan jamanak” qəzeti yazır ki, Ermənistan Mərkəzi Bankı banklara 50 milyon dollar həcmində ABŞ valyutası satıb ki, bu da Ermənistan tarixində görülməmiş göstəricidir. Qəzet yazır ki, belə həcmdə müdaxilə dramın sabitliyini istənilən yolla saxlamaq niyyətini göstərir. Amma bu addım da nəticə vermir. Çünki ölkənin valyuta ehtiyatları çox azdır və bazara uzunmüddətli müdaxilə mümkün deyil. Bu isə əvvəlki kimi dramın dəyərdən düşməsinə və ölkədə qiymətlərin yüksəlməsinə yol açır. Təbii ki, bu durum Sarkisyan hakimiyyətinin perspektivi üçün müsbət heç nə vəd etmir, əhali hakimiyyətin dəyişməsini istəyir. Buna inanmayanlar isə ən yaxşı çıxış yolunu ölkəni tərk etməkdə görürlər.

Elə bütün bunların nəticəsidir ki, ölkədə əhalinin sayı sürətlə azalmağa doğru gedir. Belə vəziyyətdə daha bir maraqlı məsələ Ermənistanda dövlət məktəblərinin əhalinin azalmasına paralel olaraq bağlanmasıdır. Belə məktəblər 1404-dən 1391-dək azalıb. Milli statistika xidmətinin sosial və təbiəti mühafizə bölməsinin rəisi Nelli Baqdasaryan bildirib ki, ölkə üzrə dövlət ümumtəhsil məktəblərinin sayı 1404-dən 1391-dək, o cümlədən şəhərdə 533-dən 528-dək, kənd yerlərində isə 871-dən 863-dək azalıb. Onun sözlərinə görə, 2011-ci ildə məzunların sayı 36 590 nəfər olmuşdusa, 2014-cü ildə onların sayı 24 466-ya enib.

Beynəlxalq qurumlar da vəziyyətin acınacaqlı olduğunu bildirir və qeyd edilir ki, əhali getdikcə azalacaq. Məsələn, BMT-nin proqnozlarına görə, əsrin sonuna kimi Ermənistan əhalisi 1,7-1,8 milyon nəfərə düşəcək. BMT-nin Əhali Fondunun Ermənistan ofisinin icraçı nümayəndəsi Qarik Ayrapetyan bildirib ki, hazırda Ermənistan əhalisi hüquqi cəhətdən 3 milyon, faktiki cəhətdən isə 2,6-2,8 milyon nəfər təşkil edir: “BMT-nin proqnozu 2010-cu il dünyada aparılan siyahıyaalmanın məlumatlarına əsaslanır”.

Q.Ayrapetyan qeyd edib ki, 2100-cü ilədək dünya əhalisinin sayı 11,2 milyard olacaq, ən böyük əhali artımı Afrikanın payına düşəcək: “Əhalinin azalmasına səbəb olacaq əsas amillər doğum sayının azalması, miqrasiya və əhalinin qocalmasıdır. İş qabiliyyətli əhalinin təqaüdçülərə nisbəti də təhlükəli göstəricidir”.

Miqrasiyaya gəldikdə isə, onun sözlərinə görə, Ermənistanda miqrasiyanın mənfi saldosu 2015-ci ildə 25 min olduğu halda, 2100-cü ilədək 12 min nəfər ölçüsündə proqnozlaşdırılır. Demoqraf Ruben Yeganyan bildirib ki, onun proqnozuna görə hər il Ermənistanı 30 min insan tərk edir. O qeyd edib ki, hazırda Ermənistanda doğum əmsalı 1,6-1,7 təşkil edir, ancaq Ermənistan üçün bu gün ən ciddi problem miqrasiya olaraq qalır.

Bütün bunlar isə bir ölkə kimi Ermənistanın perspektivlərini də ciddi sual altına alır.

www.yenicag.az

524
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv