Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Qeyd olunub ki, Paşinyan və Ermənistanın XİN rəhbəri mütəmadi olaraq iranlı həmkarları ilə görüşüb Ermənistan-İran dostluğu ilə bağlı bəyanatlar versələr də, Ermənistan tərəfinin verdiyi bəyanatlar əsasən formal xarakter daşıyır və Ermənistan-İran münasibətlərini dərinləşdirmək və inkişaf etdirmək əvəzinə, gündən-günə daha soyuq və yadlaşma müşahidə edilir.
“Xüsusən də son görüş və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və İlham Əliyevin verdiyi bəyanatlar bir şeyi təsdiqlədi: Azərbaycan təkcə Rusiya ilə deyil, İranla münasibətlərin tənzimlənməsi istiqamətində qəti addımlar atır. Xüsusilə, bu ölkələr üçün böyük əhəmiyyət kəsb edən iqtisadi və logistik əməkdaşlıq baxımından fəal strateji əməkdaşlıq qurub”, – qeyd olunub.
Həmçinin bildirilib ki, Ermənistan-İran münasibətlərinin müəyyən dəyişikliklər nəticəsində pisləşə biləcəyi ilə bağlı narahatlıqlar var: “Ermənistandan müvafiq cavab verilməsə, İranın Ermənistanı hər zaman belə dəstəkləyəcəyinə zəmanət verilmir. Və əgər həmin anda İran əmin olsa ki, Ermənistanla münasibətlərin korlanması geridönməzdir, o zaman İran digər region ölkələri, xüsusən də Azərbaycan və Türkiyə ilə razılaşmalara getməli olacaq”.