Ermənistan itkiləri barəsində açıqlama yaydı

Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddəki hərbi toqquşmalarda itki verib. 

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan sentyabrın 13-də parlamentin iclasında bildirib.

Onun sözlərinə görə, sentyabrın 13-də Azərbaycanla Ermənistan sərhədində baş verən atışma nəticəsində erməni tərəfdən ölənlər və yaralananlar var.